Bakıda “Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: Gələcək naminə bərabər imkanlar” mövzusunda konfrans keçirilib

Bakıda “Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: Gələcək naminə bərabər imkanlar” mövzusunda konfrans keçirilib
# 12 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda “Uşaqlar üçün maliyyə təhsili və maliyyə savadlılığı: Gələcək naminə bərabər imkanlar” mövzusunda milli konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Ümidli Gələcək” Gənclər Təşkilatının prezidenti Nabil Seyidov bildirib ki, konfransın məqsədi uşaqlara erkən yaşlarından maliyyə bacarıqlarını, düzgün maliyyə davranışını aşılamaqla onların və bəşəriyyətin gələcək rifahını gücləndirməkdir. Onun sözlərinə görə, “Əflatun”- Uşaq və Maliyyə Təhsili şəbəkəsinin üzvü olan “Ümidli Gələcək” Gənclər Təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə 2011-ci ildən Bakının 20-dən çox məktəbində proqramın icrasına başlayıb. “Əflatun-sosial və maliyyə təhsili” adlanan proqram məktəblilərə maliyyə yığımı, idarə olunması, səmərəli istifadəsi və digər biliklər aşılayır.

Konfransda Mərkəzi Bankın, Təhsil Nazirliyinin, UNİCEF-in Azərbaycan ofisinin və digər qurumların nümayəndələri iştirak edib. Tədbirdə bildirilib ki, son zamanlar bütün dünyada əhalinin maliyyə savadlılığının aşağı olması bilə bağlı narahatlıqlar artır. Bu səbəbdən də dünya ictimaiyyətinin maliyyə savadlılığı əsas həyat bacarıqlarından və inkişafın vacib elementlərindən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR