Gənclər Fondu bölgələrdə təqdim olunur - FOTO

Gənclər Fondu bölgələrdə təqdim olunur - <font color=red>FOTO </font>
# 13 iyun 2012 09:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Gənclər Fondunun bölgələrdə təqdimatı keçirilir. Fondun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, bölgələrdə təqdimat mərasimlərinin keçirilməsinə iyunun 11-dən başlanıb və təqdimatlar 16 iyuna qədər davam edəcək.
Belə ki, zonal mərkəzlər olaraq təyin olunmuş Quba, Qəbələ, Göyçay, Sumqayıt, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayır, Fondu təqdim edir. Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərə yola düşüblər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparırlar. Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanıblar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman İdarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edirlər. Artıq Sabirabad, Salyan və Qubada təqdimatlar keçirilib və gənclər tərəfindən böyük marağa səbəb olub.
Bu gün Gəncə, Qəbələ və Bərdədə təqdimat mərasimləri keçiriləcək. Zonal mərkəz olaraq təyin olunmuş Gəncə şəhərində keçiriləcək tədbirə bu şəhərlər yanaşı, Mingəçevir, Daşkəsən, Yevlax, Gədəbəy, Samux, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa kimi şəhərlərdən gənclər qoşulacaq.
Növbəti təqdimat Qəbələdə baş tutacaqdır. Burada isə müvafiq olaraq Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuzdan olan ictimai aktiv gənclər iştirak edəcəklər. Bu gün ərzində sonuncu təqdimat Bərdə şəhərində keçiriləcək. Təqdimata Bərdə, Ağcabədi, Tərtər, Goranboy və Naftalandan gənclər gələcəklər. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR