8400 bakalavr magistraturaya proqram seçimini təsdiqləyib

8400 bakalavr magistraturaya proqram seçimini təsdiqləyib
# 13 iyun 2012 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi edən bakalavrların sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturaya proqram seçimi iyunun 12-də saat 24.00-da başa çatıb, seçmə hüququ olan 8400 bakalavr öz proqramını təsdiq etdirib.

Proqramı seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR