Həmkarlar İttifaqları Konfederasiyasında konfrans keçirilib

Həmkarlar İttifaqları Konfederasiyasında konfrans keçirilib
# 13 iyun 2012 12:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Həmkarlar İttifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial tərəfdaşlıq sosial dialoqun inkişafının əsas mərhələsidir” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə AHİK sədri Səttar Mehbalıyev açaraq sosial dialoqun əhəmiyyətindən danışıb.

Sonra konfransda Əmək və Sosial Münasibətlər Akademiyasının “Həmkarlar ittifaqlarının hərəkəti və sosial tərəfdaşlıq” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Arif Hüseynov məruzə ilə çıxış ediblər.

Tədbirdə həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR