“Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib - FOTO

“Təmiz Şəhər” ASC qanvermə aksiyası keçirib - <font color=red>FOTO</font>
# 14 iyun 2012 07:31 (UTC +04:00)
Bakı – APA-Economics. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilir.

APA-Economics”in xəbərinə görə, “Savab Dünyası” Talassemiya Assosiasiyası daxil olmaqla bir sıra təşkilatlar proqrama dəstək olaraq müxtəlif xeyriyyə aksiyaları keçirir.

Ümumdünya Qan Donoru günü ilə əlaqədar Azərbaycanda keçirilən qanvermə aksiyasına İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə “Təmiz Şəhər” ASC də qoşulub. “Savab Dünyası” Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşulan “Təmiz Şəhər” ASC-də dünən hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib.

“Təmiz Şəhər” ASC gələcək də belə xeyriyyə tədbirlərinə dəstək verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR