İyunun 13-də keçirilən buraxılış imtahanlarında 15 şagird imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib

İyunun 13-də keçirilən buraxılış imtahanlarında 15 şagird imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib
# 14 iyun 2012 13:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 13-də respublikanın 11 bölgəsində - Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda keçirilən imtahanlar zamanı müxtəlif binalarda 15 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb. Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR