Azərbaycan paytaxtında baş vermiş yanğından zərər çəkmiş məcburi köçkünlərə yardım edilib

Azərbaycan paytaxtında baş vermiş yanğından zərər çəkmiş məcburi köçkünlərə yardım edilib
# 14 iyun 2012 16:42 (UTC +04:00)
APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, birdəfəlik maddi yardım yanğından zərər çəkən məcburi köçkün ailələrinin məskunlaşdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində paylanıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, qərara uyğun olaraq yanğından qismən zərər çəkən 105 nəfərin hər birinə 300 manat, mənzillərdə ev əşyaları tam yanmış 100 məcburi köçkünə isə adambaşına 350 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Ümumilikdə 56 məcburi köçkün ailəsinə maddi yardım verilib.

Azərbaycan prezidentinin göstərişlərinə uyğun olaraq yanğından zərər çəkən məcburi köçkün ailələri yaradılmış komissiyanın nəzarəti altında onlar üçün ayrılmış yeni mənzillərə köçürülüblər. Fövqəladə Hallar Nazirliyi tərəfindən köçürülmüş ailələr isti yemək, çarpayı və digər məişət avadanlığı ilə təmin olunublar.

Qeyd edək ki, iyunun 13-də Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış doqquzmərtəbəli, hər mərtəbənin ümumi sahəsi 3000 kvadratmetr olan binanın 6-cı mərtəbəsində 150 kvadrat metr, 7-ci mərtəbəsində 1250 kvadrat metr, 8-ci mərtəbəsində 1000 kvadrat metr və 9-cu mərtəbəsində 200 kvadrat metr sahədə (ümumi 2600 kvadrat metr) arakəsmələri taxta, plastik və kağız-karton lövhələrdən ibarət mənzillərin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyə olunub, 11 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR