Azərbaycan sinoptikləri isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb

Azərbaycan sinoptikləri isti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb
# 15 iyun 2012 09:27 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 16-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, axşam qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17 isti, gündüz 25-30 isti olacağı gözlənilir.

İyunun 16-da ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, gündüz saatlarında Bakı və Abşeron yarımadasında 35-38, yarımadanın bəzi yerlərində 40, Naxçıvan MR-nın və aran bölgəsinin bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir.

İyunun 17-də isə hava şəraitinin dəyişiləcəyi, temperaturun tədricən aşağı enəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR