Ümumdünya Qan Donoru Günü ilə əlaqədar tədbir keçirilib - FOTOSESSİYA

Ümumdünya Qan Donoru Günü ilə əlaqədar tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 iyun 2012 13:49 (UTC +04:00)
Bakı – APA. “İRƏLİ” Gənclik Mərkəzində Qızıl Aypara Cəmiyyəti, Qan Donorları Assosiasiyası və “İRƏLİ” Tibb Klubu Ümumdünya Qan Donoru Günü ilə əlaqədar “Qan donoru qəhrəmandır” şüarı altında tədbir keçirib.
“İRƏLİ” İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın APA-ya verdiyi məlumata görə, tədbirdə Qızıl Aypara Cəmiyyətinin “Sağlamlığ və Qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, BMT-nin nümayəndəsi Nərgiz Qafarova, “İRƏLİ” Tibb Klubunun rəhbəri Nigar Əliyeva, “İRƏLİ” İctimai Birliyi Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov və üzvü Dünya Fərzəliyeva iştirak ediblər.
Klubun rəhbəri Nigar Əliyeva qonaqları salamlayaraq, sözügedən mövzunun hər zaman klubun diqqət mərkəzində olduğunu qeyd edib və bu günə qədər bununla bağlı keçirilən bir sıra tədbirlərdən söz açıb.
Daha sonra NK-nın sədri Xəqani Fərəcov və üzvü Dünya Fərzəliyeva “İRƏLİ” İctimai Birliyinin daim gənclərin sağlamlığına xüsusi diqqət ayırdığını və mövzunun önəmliliyini qeyd ediblər.
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov donorluqla bağlı aparılan işlər, bu sahədə olan inkişaf və problemlər barədə iştirakçılara məlumat verib.
Qızıl Aypara Cəmiyyətinin “Sağlamlığ və Qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova isə qan donorluğunun tarixindən, Qızıl Aypara Cəmiyyətinin bu yönümdə aparılan fəaliyyətindən və donorluğun tibbi aspektlərindən danışıb. Daha sonra seminar diskussiya şəklində davam edib.
Sonda iştirakçılar arasında qan vermiş gənclərə təşəkkür açıqçaları və bu günü əks etdirən simvolik hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR