TQDK tam və ümumi orta təhsil bazasında keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb

TQDK tam və ümumi orta təhsil bazasında keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb
# 16 iyun 2012 09:11 (UTC +04:00)
APA-nın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30



Ümumi orta təhsil bazasında (9 illik ) 3, 8, 13 iyun 2012-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri də açıqlanıb. Ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR