Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1050 nəfərdən artıq əlilliyi olan şəxsin istirahət zonalarına göndərilməsi nəzərdə tutulur

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1050 nəfərdən artıq əlilliyi olan şəxsin istirahət zonalarına göndərilməsi nəzərdə tutulur
# 16 iyun 2012 16:32 (UTC +04:00)
Bakı – APA. İyunun 16-da 72 nəfərdən ibarət daha bir qrup əlil istirahət etmək məqsədilə Nabranda yerləşən “Əlincə” istirahət mərkəzinə yola salınıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununda əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlər bu gün də yüksək səviyyədə davam etdirilir.
Bununla yanaşı, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşularaq ölkədə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər şəraitin yaradılması öhdəliyini öz üzərinə götürüb.
Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.
Proqramda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpasına, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılmasına, sanatoriya-kurort müalicələrinin təşkilinə, bədən tərbiyəsi və idmana cəlb edilməsinə, asudə vaxtının təşkilinə və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasına xüsusi diqqət yetirilib. Bu tədbirlər sırasında əlillərin asudə vaxtının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, bu tədbir çərçivəsində il ərzində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur. İstirahətə göndərilənlər arasında Azərbaycanın Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. Bununla əlaqədar, Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin İsmayıllı, Lənkəran rayonlarında və Nabranda yerləşən istirahət zonalarına göndərilməsi ilə bağlı işlər görülüb. Belə ki, 560 nəfərdən artıq əlil istirahət zonalarına göndərilib və onların istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub.

Nazirlik vətəndaş cəmiyyətinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr də həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR