Azərbaycan və Gürcüstan ərazisində yağan yağışlar nəticəsində Kürdə suyun səviyyəsi artıb

Azərbaycan və Gürcüstan ərazisində yağan yağışlar nəticəsində Kürdə suyun səviyyəsi artıb
# 18 iyun 2012 08:27 (UTC +04:00)
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, bu gündən başlayaraq suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

Qanıx çayında suyun səviyyəsində azalma müşahidə olunsa da, Kürün aşağı hissəsində 4-10 sm artım müşahidə olunub: “Suyun səviyyəsinin artımı dağ çaylarında da qeydə alınıb. Gəncəçayda suyun səviyyəsi 1 sm, Vəlvələçayda 24 sm, Lənkərançayda 6 sm artım qeydə alınıb. Daşqın hadisəsi qeydə alınmayıb. Dağlarda qar ehtiyatı artıq əriyib. Ona görə də çaylarda suyun səviyyəsinin artımı əsasən yağışlar hesabına formalaşır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR