Azərbaycanda yaxın üç gün ərzində sərin hava şəraiti davam edəcək

Azərbaycanda yaxın üç gün ərzində sərin hava şəraiti davam edəcək
# 18 iyun 2012 09:50 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hiodrolu Asif Verdiyev məlumat verib. O bildirib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında 25-29 dərəcə isti olacaq.

İyunun 20-21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 19-da yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacaq, yağış yağacaq, yağıntıların bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimal edilib. Havanın temperaturu Aran rayonlarında 27-32 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

İyunun 20-21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın hərarəti gündüz Aran rayonlarında 29-34, dağlıq rayonlarda 20-25 dərəcə olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR