TQDK sədri Sabirabad və Saatlıda buraxılış imtahanlarını izləyib

TQDK sədri Sabirabad və Saatlıda buraxılış imtahanlarını izləyib
# 18 iyun 2012 10:51 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sabirabad və Saatlı rayonlarında keçirilən buraxılış imtahanlarını izləyib. TQDK-dan APA-ya verilən məlumata görə, bu gün Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan rayonlarının orta ümumtəhsil məktəblərində 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. M. Abbaszadə Sabirabad və Saatlı rayonlarında, o cümlədən sel sularından əziyyət çəkmiş Ulacalı, Mürsəlli və Nərimankənddə buraxılış imtahanlarını izləyib.

İmtahan Azərbaycan bölməsinin şagirdləri üçün ana dili və riyaziyyat, rus bölməsi üçün rus dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və ya səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 gün müddətində müəyyən ediləcək. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Üzürlü səbəbdən iştirak etməyənlər isə iyunun 4- də təkrar imtahan verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR