Azərbaycanda Milli Radon Proqramının yaradılması təklif olunur

Azərbaycanda Milli Radon Proqramının yaradılması təklif olunur
# 18 iyun 2012 12:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Milli Radon Proqramının yaradılmasını təklif edir. Bunu APA-ya Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. O deyib ki, hazırda ölkədə radon təhlükəsizliyi yalnız “Radiasiya haqqında” qanunun bir bəndi ilə tənzimlənir: “Rusiyada və inkişaf etmiş ölkələrin əksəriyyətində milli radon proqramları var. Radon problemi əhalinin sağlamlığı baxımından daimi nəzarətdə saxlanılmalıdır”.

Ç. Əliyevin sözlərinə görə, ötən il İsveçrənin Elm Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın radon paylama xəritəsi hazırlanıb: “Layihənin müddəti sentyabr ayına qədər uzadılıb. Fondun dəstəyi ilə Azərbaycanın ayrı-ayrı ərazilərində radonun miqdarı daha dərindən araşdırılacaq. Bu layihənin yekunu olaraq Azərbaycanda Milli Radon Proqramının hazırlanması ilə əlaqədar təklif veriləcək”.

Qeyd edək ki, Azərbaycanda radonun miqdarı Şamaxıda, Şəki-Zaqatala və Talış zonasında daha çoxdur. Həmin ərazilərdə aktiv qırılmalar olduğuna görə bir sıra qazlar, o cümlədən radon qazı da çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR