Azərbaycanda Sosial Dəstək Fondu yaradılır

Azərbaycanda Sosial Dəstək Fondu yaradılır
# 18 iyun 2012 14:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib. O bildirib ki, Fond aztəminatlı ailələrə güzəştli mikrokredit verilməsinin tətbiqi məqsədilə qurulacaq: “Artıq Fondun yaradılması ilə bağlı hazırlıq işləri aparılır. Bu proqram ilkin mərhələdə müvafiq potensiallara malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirərək yoxsulluq səviyyəsindən çıxarılmalarına, sonrakı mərhələdə həmin təsərrüfatların genişlənəsi nəticəsində yeni iş yerlərinin yaradılmasına, beləliklə də aztəminatlı vətəndaşın yoxsulluqdan sahibkarlığa doğru irəliləməsinə səbəb olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR