Səhiyyə Nazirliyi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatları ilə bağlı apteklərdə monitorinq aparır

Səhiyyə Nazirliyi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatları ilə bağlı apteklərdə monitorinq aparır
# 18 iyun 2012 14:53 (UTC +04:00)
Bu, iyunun 1-dək ölkəyə idxal olunan preparatların nəticəsidir. İyunun 1-dək idxal olunan dərmanlar qısa müddət ərzində satışdan çıxarılacaq”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

Onun sözlərinə görə, hazırda nazirliyin əməkdaşları Binəqədi rayonundakı apteklərdə yoxlamalar aparırlar: “Yoxlamalar zamanı dərman vasitələrinin keyfiyyəti, qeydiyyatı, sertifikatı ilə yanaşı, içlik vərəqələrinin Azərbaycan dilində olması da araşdırılır. Yoxlamalar hələ bitməyib. Araşdırmalar bitəndən sonra nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Daha sonra digər rayonlarda da araşdırmalara aparılacaq”.

P. Əzizbəyov deyib ki, Səhiyyə Nazirliyi iyunun 1-dən içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını dayandırılıb: “İçlik vərəqləri Azərbaycan dilində olmayan heç bir dərmanın ölkəyə idxalına icazə verilmir. Bu qadağa “Dərman vasitələri haqqında” qanunda göstərildiyi kimi tam qüvvədə olacaq”.

İnspeksiya rəisi xatırladıb ki, Mərkəzin Yasamal rayonunda apardığı son yoxlamalar nəticəsində yararlılıq sertifikatı olmayan 541 qutu dərman preparatı satışdan çıxarılıb, müsadirə edilib və lazımi qaydada məhv edilib. Ümumilikdə, bu ilin I rübündə 95 aptekdə yoxlamalar aparılıb, 6 aptekin lisenziyasız fəaliyyəti aşkar olunaraq dayandırılıb.

Ümumilikdə 1428 qutu yararlılıq sertifikatı olmayan dərman müsadirə edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR