“Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda Ombudsmanların X Bakı Beynəlxalq Konfransı başlayıb - FOTOSESSİYA

“Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda Ombudsmanların X Bakı Beynəlxalq Konfransı başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyun 2012 15:07 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan ombudsman Elmira Süleymanova bildirib ki, tədbir 18 iyun – İnsan Hüquqları Gününə, Azərbaycanda ombudsmanın fəaliyyətinin 10 illiyinə və Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyinə həsr olunub.

E. Süleymanova çıxışında diqqəti Ermənistanın hərbi təcavüzünə yönəldib. O xatırladıb ki, Azərbaycan ərazilərinin 20%-i işğal altında saxlanılır, milyonlarla azərbaycanlının hüquqları Ermənistanın işğalçılıq və diskriminasiya siyasəti nəticəsində pozulur. E. Süleymanova Ombudsman Aparatının fəaliyyəti haqqında da danışıb.

Tədbirdə baş nazirin müavini Əli Həsənov, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov, Avropa Şurasının İnsan hüquqları və ayrı-seçkiliklə mübarizə üzrə departamentinin direktoru Ralf-Rene Veingartner və digərlərinin məruzələri dinlənilib.

Üç gün davam edəcək konfransın ikinci günü – iyunun 19-da ilk dəfə olaraq Bakıda Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası da keçiriləcək. Yekunda isə Bakı Bəyannaməsi qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR