Azərbaycan və Anadolu kurqanlarının birgə məlumat bankı yaradılacaq

Azərbaycan və Anadolu kurqanlarının birgə məlumat bankı yaradılacaq
# 18 iyun 2012 15:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan arxeoloqları Türkiyənin Van, Ağrı və Iğdır bölgəsində aparılacaq kəşfiyyat xarakterli araşdırmalarda və «Bozqurd nekropolu» qazıntılarında iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Nəşrlər və elmi əlaqələr” sektorunun müdiri Səfər Aşurov bildirib. Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Türkiyənin Antakya Mustafa Kamal Universiteti arasında imzalanmış Azərbaycan-Anadolu kurqanlarının birgə araşdırılması üzrə müqaviləyə uyğun olaraq iyulun 25-dən sentyabrın 5-dək araşdırmalar aparılacaq. İki il üçün nəzərdə tutulmuş müqaviləyə uyğun olaraq Azərbaycan və Anadolunun kurqanlarının birgə məlumat bankı yaradılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR