Xəstəliklərini gizlədən donorlar cəzalandırılacaq

Xəstəliklərini gizlədən donorlar cəzalandırılacaq
# 19 iyun 2012 10:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda xəstəliklərini müvafiq icra hakimiyyəti orqanından gizlədən donorlar cəzalandırılacaq. APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin “recipient”ə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 40 manatdan 65 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək cərimə ediləcək.

Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi və hazırkı xəstəlikləri, narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə 30 manatdan 35 manatadək miqdarda cərimə nəzərdə tutulub.

Bundan başqa, tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 40 manatdan 65 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR