Sabah VII “MƏZUN 2012” əmək yarmarkasına start veriləcək

Sabah VII “MƏZUN 2012” əmək yarmarkasına start veriləcək
# 19 iyun 2012 12:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Sabah Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Qurtuluş Gününə həsr olunmuş VII “Məzun 2012” əmək yarmarkasına start veriləcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) baş tutacaq “Məzun 2012” əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank (iri və orta biznes nümayəndələri) və dövlət qurumu 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif edəcək.
Yarmarkada həm dövlət, həm də özəl qurumları təmsil edən maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, rabitə, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və qurumları iştirak edəcəklər. Bu ilki məzun yarmarkasının fərqli cəhətlərindən biri işəgötünlər arasında digər ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya, Kanada) fəaliyyət göstərən şirkətlərin də iştirak etməsidir. Eyni zamanda təşkilat komitəsi tədbir barədə məlumatın daha geniş auditoriyaya çatdırılması məqsədi ilə müasir texnologiyalardan istifadə edərək internetdəki sosial şəbəkə qruplarına müraciət etmişdir. Nəticədə Türkiyənin, Gürcüstanın, Rusiyanın, Şimali Kıpr ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar CV-lərini yarmarkada iştirak edən şirkətlərə çatdıra bilib.
ADİU-da artıq ənənəvi xarakter almış məzun yarmarkalarında 2006-2011-cu illərdə 2000-dən çox məzun daimi işlə, 1000-ə yaxın məzun isə müqavilə əsasında işlə təmin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR