Türkiyədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans təşkil olunub - FOTO

Türkiyədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans təşkil olunub - <font color=red>FOTO</font>
# 19 iyun 2012 12:57 (UTC +04:00)
Bakı-APA. Türkiyədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində bu gün Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatı TÜRKSOY-un Ankara şəhərindəki mərkəzi binasında Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans təşkil olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə, səfirliyin əməkdaşları, çox sayda elm, incəsənət və ictimai xadimlər, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Konfransın açılış nitqi ilə səfir Faiq Bağırov çıxış edib. O, Türkiyədə ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Günlərinin təşkilinin əhəmiyyətindən bəhs edib və bu kimi tədbirlərin iki ölkə əlaqələrinə verdiyi mühüm töhfələrdən söz açıb.
Daha sonra, Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans başlayıb.
Konfransda, millət vəkili, Atatürk Mərkəzinin Sədri və Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Qazi Universitetinin professoru Əflatun Nemətzadə və Qazi Universitetinin dosenti və Avrasiya Yazıçılar İttifaqının sədri Yaqub Ömeroğlu elmi çıxışlarında dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş şəkildə söz açıblar.
Bundan sonra Ankara Opera və Balet Teatrının solisti Güner Birkan dahi şairin “Sevgili Canan” və “Sənsiz” adlı əsərlərini səsləndirib.
Azərbaycan Mədəniyyət Günləri çərçivəsində təşkil olunmuş tədbirlər silsiləsi İzmir şəhərində davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR