“Şahdəniz” yatağında sualtı seysmik stansiyanın quraşdırılması barədə qərar dəyişdirilib

“Şahdəniz” yatağında sualtı seysmik stansiyanın quraşdırılması barədə qərar dəyişdirilib
# 19 iyun 2012 13:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılacağı neft yataqlarından biri dəyişdirilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, seysmik stansiyaların öncə “Ümid”, “Sahdəniz” və “Günəşli” yataqlarında quraşdırılacağı nəzərdə tutulsa da, “Şahdəniz” yatağı “Bahar”la əvəzlənib: “Çünki “Şahdəniz” bp-nin, “Bahar” ARDNŞ-indir. bp ilə platformalara çıxmaqla əlaqədar böyük problemlər var. Ona görə də seysmik sualtı stansiyanın quraşdırılması üçün “Bahar” daha münasib bilindi”.

Q. Yetirmişli deyib ki, sualtı seysmik stansiyaların bu ilin sentyabrına qədər quraşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR