Marneulidə Gürcüstan Mərkəzi Seçki Komissiyasının İşçi Qrupu ilə görüş keçirilib - FOTO

Marneulidə Gürcüstan Mərkəzi Seçki Komissiyasının İşçi Qrupu ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 19 iyun 2012 16:04 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Marneuli Məşğulluq Mərkəzində Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Marneulidə yaşayan etnik azlıq nümayəndələri, QHT və KİV nümayəndələri ilə MSK nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdə Ombudsman Aparatının rəsmiləri dəiştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri MSK-nın İdarəetmə və Koordinasiya Departamentinin rəisi Sofiko Siçinava açaraq çıxış edib. MSK rəsmisi seçkilərdə etnik azlıqların iştirakının vacib olduğunu bildirib. Onun sözlərinə görə, BMT-nin İnkişaf Proqramı, Avropa Birliyi, Avrasiya Əməkdaşlıq Fondu seçkilərin təşkil edilməsində və təbliğində MSK-ya dəstək olacaq. Sonra Gürcüstan Ombudsman aparatının rəsmisi Koba Çopliani, Ombudsman Aparatının nəzdindəki etnik azlıqlar Şurasının üzvlərindən Zaur Xəlilov, İzabella Osipova və başqaları çıxış ediblər. Tədbirin sonunda siyasi partiyalar, QHT nümayəndələri və KİV-in suallarına cavab verən MSK-nın İdarəetmə və Koordinasiya Departamentinin rəisi Sofiko Siçinava sonda tədbir iştirakçılarına təşəkkürünü bildirib.
MSK rəsmisi APA-ya açıqlamasında ölkədə keçiriləcək parlament seçkilərinə seçkilərə ciddi hazırlaşdıqlarını və bunun üçün MSK nəzdində işçi qrupu yaradıldığını bildirib: “Bu, Marneulidə etnik azlıqlarla ilk görüşümüzdür. Belə görüşlərimiz çox olacaq. Biz görüşlərdə seçicilərimizin təklif və rəylərini dinləyəcək, parlament seçkilərində qadınların və gənclərin fəal olması üçün planlar hazırlayacaq, seminarlar keçirəcək, işçi qrupunun fəaliyyət dairəsini genişləndirəcəyik. Seçkilərə qədər biz azərbaycanlıların kompakt yaşadığı bütün bölgələrə baş çəkəcəyik. İlk tədbirimiz Marneulidə keçirildi, sonrakı tədbirlərimizi Bolnisi, Dmanisi rayonlarında, Saqareconun Yor-Muğanlı,Qabal, Telavinin Qaracalar kəndində təşkil edəcəyik. İşçi qrupumuza beynəlxalq təşkilatlar, QHT, Ombudsman Aparatının nümayəndələri daxildir. Oktyabr ayında keçiriləcək seçkilərin sənədləri indidən hazırlanır. Biz seçki zamanı bülletenləri etnik azlıqların ana dilində çap edib, seçki zamanı onlara təqdim edəcəyik. Çalışacağıq ki, ölkəmizdə keçirilən parlament seçkiləri demokratik keçirilsin.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR