“Elm haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirə olunacaq

“Elm haqqında” qanun layihəsi parlamentin növbədənkənar sessiyasında müzakirə olunacaq
# 20 iyun 2012 10:33 (UTC +04:00)
İki gündən sonra bu layihə Milli Məclisin Elm və təhsil Komitəsinin iclasına çıxarılacaq. Sonra isə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi MM-in yaz sessiyasının növbədənkənar ikinci iclasında müzakirə edilə bilər: ““Elm haqqında” qanun bu sahədə qəbul olunan tamamilə yeni qanundur. Bütün elm sferasında, elmi fəaliyyət sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradır. Bu sahədə yüksək inkişaf etmiş ölkələrin qanunverici bazası öyrənilib, müəyyən pozitiv məqamlar götürülüb və Azərbaycan şəraitinə, qanunvericiliyinə uyğunlaşdırılıb”.
Komitə sədri deyib ki, qanunda ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı öhdəliklər qoyulacaq: “Biz əvvəllər ali təhsil müəssisələrində büdcə ilə elmi tədqiqat işləri yerinə yetirirdik, indi artıq bu iş tamamilə yeni müstəviyə qaldırılır. Bütün dünyada olduğu kimi universitet elmi fəaliyyətdə ən aparıcı mövqeyə çıxmalıdır. Bunun qanunverici bazası yaradılır. Bu gün universitetlərin elmi potensialı böyükdür, amma təəssüf ki, bundan çox az istifadə etmişik, çünki universitetin əsas fəaliyyəti tədris olub. Lakin bu gün dünyada tədqiqatçı universitetlər reytinq cədvəlində ilk onluqdadır, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitetlərin üstünə düşür. Qanun elmlə təhsilin, sahibkarlığın, iqtisadiyyatın inteqrasiyasına tam cavab verir. Qanunda, həmçinin elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin, imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr var.
Amma istəməzdim ki, qanun müzakirəyə çıxarılmamış bu barədə geniş danışım”.

Komitə sədri bildirib ki, “Ali təhsil haqqında” və “Ümumi orta təhsil haqqında” qanun layihələri üzərində də işlər başa çatmaq üzrədir. Bu qanun layihələri MM-in payız sessiyasında müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR