Abel Məhərrəmov: “Azərbaycanda ali məktəblərə daxil olan tələbələrin sayı ilə oranı bitirən məzunların sayı fərqlənir”

Abel Məhərrəmov: “Azərbaycanda ali məktəblərə daxil olan tələbələrin sayı ilə oranı bitirən məzunların sayı fərqlənir”
# 20 iyun 2012 14:16 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Bolonya sisteminin tətbiqi nəticəsində ali məktəbə daxil olan tələbə ilə onu bitirən məzunların sayı arasında fərqlər yaranır”. APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Rektor Boloniya sisteminin əvvəlki sistemlərdən fərqləndiyini və bəzi tələblərinin olduğunu vurğulayıb: “Xarici ölkələrin universitetlərində də ali məktəbi bitirən tələbələrin sayı daxil olanların sayından az olur. Azərbaycan da Boloniya prosesinə qoşulduğundan, xüsusilə BDU-da belə bir statistika əmələ gəlib. BDU-nun 4000-ə yaxın məzunu olacaq. Onların 35 faizi təhsillərini 4 ilə bitirə bilməyənlərdir. Bu göstərici fakültələrdən asılı olaraq dəyişir. Hüquq fakültəsində bu göstərici 50, riyaziyyat fakültəsində 35 faiz təşkil edir”

A. Məhərrəmov bu fərqin Boloniya sisteminin tələbləri və cəmiyyətin bu sistem haqqında az məlumatlı olması ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR