İtaliyalı qonaqlar Ağdama səfər edib

İtaliyalı qonaqlar Ağdama səfər edib
# 21 iyun 2012 08:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Bakıya gələn Trento bölgəsinin nümayəndələri iyunun 21-də Ağdam bölgəsinə səfər edərək orada məskunlaşmış məcburi köçkünlərlə görüşüblər. SAM-dan APA-ya verilən məlumata görə, nümayəndə heyətinə SAM-ın direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa hüququ üzrə Araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze daxildir.

Görüşün əsas məqsədi təmas xəttində yaşayan məcburi köçkünlərin yaşam tərzini, çətinliklərini və fikirlərini daha yaxından öyrənməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR