Azərbaycanda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı kompyuter oyunları hazırlanıb

Azərbaycanda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı kompyuter oyunları hazırlanıb
# 21 iyun 2012 09:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini
İntiqam Babayev deyib. Onun sözlərinə görə, bununla bağlı kompyuter oyunları hazırlanıb. Yaxın günlərdə Qarabağ münaqişəsi ilə bağlı kompyuter oyunlarının təqdimatı keçiriləcək. Eyni zamanda Azərbaycan tarixini əks etdirən strateji oyunlar da hazırlanmaqdadır.

İyul ayından başlayaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı 3 telekanalda ayrı-ayrı layihələrin yayımına başlanacaq.

İ. Babayev yay aylarında Azərbaycanın müxtəlif bölgələrində vətənpərvərlik düşərgələrinin təşkil olunacağını deyib.

Nazir müavini bu il ərzində nazirlik tərəfindən gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsinə 5 milyon 716 min manat xərcləndiyini də açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR