Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib

Lənkəran Dövlət Universitetində əmək yarmarkası keçirilib
# 21 iyun 2012 09:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində məzun və tələbələr üçün “Karyerada ilk addım” adlı əmək yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin “Statistika” sektorunun əməkdaşları, Lənkəran Dövlət Universitetini yeni bitirmiş məzunlar və tələbələr, Lənkəranda fəaliyyət göstərən bir sıra işəgötürən müəssisələrin nümayəndələri iştirak edib.

Yarmarkaya Məşğulluq Mərkəzi tərəfindən Lənkəran rayonu üzrə 12 təşkilatdan 5-i dövlət, 7-si qeyri dövlət olmaqla 222 boş iş yeri çıxarılıb ki, onlardan da 159-u qulluqçu, 63-ü isə fəhlə peşələri olub. Nəticədə 30 nəfər məzun və tələbəyə iş yerinə göndəriş verilib, 135 nəfərdən şəxsi məlumat (CV) qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR