Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 21 iyun 2012 11:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 157 m3/san azalaraq 160 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən həddən artıq olub.

Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri isə 4 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.34-6.64 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR