“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılan Əlaqələndirmə Şurasının ilk toplantısı keçirilib - FOTOSESSİYA

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılan Əlaqələndirmə Şurasının ilk toplantısı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 21 iyun 2012 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva, Rəşad Süleymanov - APA. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılan Əlaqələndirmə Şurasının ilk toplantısı keçirilib. APA-nın xəbərinə görə, iclasad proqramın icrası ilə əlaqədar həyata keçirilmiş işlər barədə məlumat verilib, Əlaqələndirmə Şurasının qarşısında duran vəzifələr və fəaliyət mexanizmlərinə dair müzakirələr aparılıb. Dövlət proqramının www.gencler201-2015.az rəsmi internet saytının təqdimatı keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, indiyədək ölkədə gənclər sahəsini əhatə edən müxtəlif dövlət proqramları və 20-dək mormativ-hüquqi akt qəbul olunub. Ölkə əhalisinin 31 faizini gənclər təşkil edir. Bu isə 3 milyona yaxın insan deməkdir. Azərbaycanda indiyədək 217 gənclər təşkilatı qeydiyyatdan keçib. A. Rəhimov deyib ki, indiyədək dövlət proqramının icrası istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Proqramın təsdiqindən keçən ötən müddət ərzində Azərbaycanda Gənclər Fondu təsis edilib.

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bəyan edib ki, proqram prezidentin gənclərə diqqət və qayğısının bariz nümunəsidir: “Əminəm ki, bu proqram yeni ideyaların ortaya çıxmasına zəmin yaradacaq. Ümid edirəm ki, Azərbaycan vətəndaş cəmiyyəti, gənclər təşkilatları indiki və gələcək nəsil arasında körpünün qurulmasına öz töhfələrini verəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR