İsveçrənin Azərbaycandakı səfiri BDU-da olub - FOTO

İsveçrənin Azərbaycandakı səfiri BDU-da olub - <font color=red>FOTO</font>
# 21 iyun 2012 14:37 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İsveçrənin Azərbaycandakı səfiri Sabine Ulmann Şaban ilə görüşüb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, səfir universitetin Azərbaycanın ilk ali təhsil ocağı olduğunu xüsusilə vurğulayıb. Abel Məhərrəmov, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. Müxtəlif ixtisas üzrə təhsil alan tələbələrin İsveçrədə təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək olacağına əminliyini ifadə edib. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən səfir təmsil etdiyi ölkənin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib. Görüşdə yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR