“Həyatla oyun” adlı tamaşanın premyerası keçirilib

“Həyatla oyun” adlı tamaşanın premyerası keçirilib
# 21 iyun 2012 14:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş «Həyatla oyun» adlı tamaşanın premyerası olub. APA-nın məlumatına görə, Gənc Tamaşaçılar Teatrında keçirilən premyeranı baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov və digər hökumət rəsmiləri izləyib.

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Həsənov narkomanlığı ümumdünya problemi kimi xarakterizə edib. O, narkomaniya ilə mübarizənin cəmiyyətin bütün təbəqələri tərəfindən aparılmasının vacibliyini vurğulayıb. Ə. Həsənov Azərbaycana daxil olan narkotikin 90 faizinin Əfqanıstandan gətirildiyini söyləyib və qeyd edib ki, Əfqanıstana koalisiya qüvvələri daxil olduqdan sonra orada narkotik istehsalı daha da artıb: «Əgər 2000-ci illərdə Əfqanıstan narkotikində xaşxaşın həcmi 5 min hektar idisə, hazırda bu rəqəm çox böyüyüb. Tiryək istehsalı 185 ton idisə, indi 5800 tondur. Təəssüflər olsun ki, Əfqanıstana koalisiya qüvvələri daxil olduqdan sonra narkotik maddələrin əkin sahələri də, istehsalı da artıb. Amma ümumilikdə son 2-3 ildə bu sahədə azalma müşahidə olunur. Yalnız Əfqanıstanda keçən il tiryək satışından 1,4 milyard dollar vəsait əldə olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR