Azərbaycan universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq və mübadilə protokolu imzalanıb - FOTOSESSİYA

Azərbaycan universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq və mübadilə protokolu imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 22 iyun 2012 09:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyində Azərbaycanın bir sıra universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında akademik əməkdaşlıq və mübadilə protokolu imzalanıb. APA-nın məlumatına görə, mərasimdə Ankaradakı Hacəttəpə Universitetinin rektoru Murat Tuncerin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın bir sıra ali məktəblərinin rektorları iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, Azərbaycanın Türkiyə universitetlərinin təcrübəsindən yararlanmağa ehtiyacı var. O deyib ki, imzalanan protokolda təhsil işçilərinin və elmi-tədqiqat sahələrində çalışanların mübadiləsi, tələbə mübadiləsi proqramlarının təkmilləşdirməsi, elmi-tədqiqat məlumatlarının, texniki avadanlıqların mübadiləsi, mətbu və mədəni sahələrdə əməkdaşlıq, müştərək elmi konfransların təşkili kimi bir sıra istiqamətlər üzrə əməkdaşlıq məsələləri əks olunub.

M. Tuncer Azərbaycanını ali təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm verdiklərini söyləyib. Rektor bildirib ki, Hacəttəpə Universitetinin 36112 nəfər tələbəsi, 3495 nəfər professor-müəllim heyəti var.
Universitetdə təhsil alan tələbələrin 791 nəfəri əcnəbi vətəndaşlardır, onlardan 101-i azərbaycanlıdır. Bu tələbələrdən 19-u ikitərəfli müqavilələr əsasında Azərbaycana ayrılan təqaüdlər hesabına, 21 nəfəri isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alır.

Türkiyənin Hacəttəpə Universiteti arasında akademik əməkdaşlıq və mübadilə protokolunu Azərbaycan tərəfdən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev və digər ali təhsil məktəblərinin rektorları, Türkiyə tərəfindən isə Hacəttəpə Universitetinin rektoru Murat Tuncer imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR