"Formal təhsilin təşkili Qaydaları"nda dəyişikliklər edilib

"Formal təhsilin təşkili Qaydaları"nda dəyişikliklər edilib
# 22 iyun 2012 12:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Nazirlər Kabineti "Formal təhsilin təşkili Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar verib. APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, qərarın verilməsində "Təhsil haqqında" Qanunun tətbiq edilməsi barədə" ölkə prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanı və Təhsil Nazirliyinin təklifi nəzərə alınıb. Dəyişikliyə əsasən, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili əyani və ya distant formada təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR