Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydalarının detalları açıqlanıb

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul qaydalarının detalları açıqlanıb
# 22 iyun 2012 13:03 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq.

İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balıə da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcılığı müsabiqə zamanı əsas kimi qəbul ediləcək və namizədə topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların siyahısında birinci olana yerləşdiriləcək.

Müsabiqə namizədin iki mərhələdə keçirilən imtahandan topladığı ümumi bal əsasında aparılacaq. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün baza ali tibb təhsili səviyyəsi üzrəorta qiymət balı, ixtisas fənləri üzrə testdən toplanılan bal nəzərə alınacaq.

Hər hansı bir ixtisas yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində Səhiyyə Nazirliyinə (SN) təqdim etməkləqeydiyyatdan keçməlidir. Namizədin bu müddət ərzində SN-də qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək. Müsabiqənin keçirilməsi zamanı namizədin saxta sənəd təqdim etməsi, imtahana yardımçı vasitələr fətirməsi, yandırıcı, partlayıcı,kəsici,deşici alətlərlə , siqaretlə imtahan binasına gəlməsi, imtahan başlayandan sonra zalda yerini dəyişməsi və imtahan mane olan digər hərəkətlərə yol verməsi, imtahan başlanan andan 1,5 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxması, başqasının cavab kartına baxması və ya digərlərinə buna şərait yaratması, nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etməsi, cavab kartını, sual kitabçasını nəzarətçiyə vermədən imtahan zalından çıxması qadağandır. Belə hallar aşkar edildiyi halda namizədin müsabiqə nəticələri TQDK tərəfindən ləğv ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR