Azərbaycanda magistraturaya qəbul və buraxılış imtahanlarının keçiriləcəyi binaların təhlükəsizliyi yoxlanılır

Azərbaycanda magistraturaya qəbul və buraxılış imtahanlarının keçiriləcəyi binaların təhlükəsizliyi yoxlanılır
# 23 iyun 2012 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birlikdə iyunun 24-də ali məktəblərin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsinin və buraxılış imtahanlarının keçiriləcəyi binalara baxış keçirirlər. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının ümumi hazırlığı və təhlükəsizliyi yoxlanıldıqdan sonra onlar möhürlənəcək və mühafizəyə götürüləcək.

Qeyd edək ki, ali məktəblərin magistraturalarına qəbul imtahanlarının ikinci mərhələsi sabah Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək. İkinci mərhələdə iştirak hüququ olan 8529 bakalavrdan 7652 nəfərinin Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin isə Gəncədə imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncə şəhərlərinin hər birində 1 imtahan mərkəzi ayrılıb.

Sabah Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanları üçün həmin rayonlarda 32 imtahan mərkəzi yaradılıb. Sabah 10538 nəfər XI, 15018 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR