Göyçayda sahibsiz itlərin insanlara hücum etməsi faktları çoxalıb

Göyçayda sahibsiz itlərin insanlara hücum etməsi faktları çoxalıb
# 25 iyun 2012 08:18 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda sahibsiz itlərin sayı artıb və onların insanlara hücumu faktları çoxalıb. APA-nın məlumatına görə, Göyçay şəhərində və ona yaxın kəndlərdə sahibsiz itlərin artması ilə bağlı rayon kommunal-təsərrüfat idarəsi tərəfindən tədbirlərə başlanıb. İdarədən APA-ya verilən məlumata görə, vətəndaşların müraciətləri əsasında son vaxtlar 100-dən çox sahibsiz it məhv edilib.
Əsasən Göyçay çayının kənarında, şəhərətrafı yeməkxanaların yanında, müxtəlif yerlərdəki zibilliklərdə çoxluq təşkil edən sahibsiz itlər gündüz və gecə saatlarında insanlara hücum edir.

Rayon Baytarlıq İdarəsi tərəfindən sahibsiz itlərə quduzluğa qarşı vaksin vurulması mümkün deyil və ona görə də onlar insanlar və ev heyvanları üçün təhlükə mənbəyi olaraq qalır. Son vaxtlar rayonda it qapma ilə əlaqədar xəstəxanaya müraciət edənlərin də sayı xeyli artıb. Göyçay Mərkəzi rayon Xəstəxanasından APA-ya verilən məlumata görə son 6 ay ərzində 157 nəfər it qapma diaqnozu ilə xəstəxanaya daxil olub ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR