Kür çayında artım müşahidə olunub

Kür çayında artım müşahidə olunub
# 25 iyun 2012 11:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 kubmetr/saniyə, ongünlük normanın 40 faizini təşkil edir. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib, lakin iyunun 24-də suyun səviyyəsində 4 santimetr artım, 25-də isə yenidən azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 kubmetr/saniyə olmaqla, ongünlük normanın 64 faizini təşkil edir.

Kür çayının aşağı axınında isə son günlərdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381, Şirvanda 243, Salyanda 203, Bankədə 225, Araz çayının Novruzlu məntəqəsində isə 109 santimetrdir.

Bu gün Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-125, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 75-125, Naxçıvan MR çaylarında isə normanın 45-50 faizini təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR