Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb

Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb
# 25 iyun 2012 12:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən M. Mərdanov Azərbaycanla Dağıstan arasında mövcud olan tarixi və mədəni əlaqələrdən danışıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruri olduğunu deyib.
Tədbirdə iştirak edən Dağıstanın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Dağıstanın prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, M. Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni M. Mərdanova təqdim edib. Təhsil naziri ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR