Azərbaycan Silahlı Qüvvələrinin 74 hərbiçisinə mənzil veriləcək

Azərbaycan Silahlı Qüvvələrinin 74 hərbiçisinə mənzil veriləcək
# 25 iyun 2012 12:32 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Müdafiə Nazirliyi tərəfindən komissiyaya təqdim olunmuş Silahlı Qüvvələrdə 20 təqvim ili tamam olmuş və qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısı geniş müzakirə olunub.
«Komissiya əvvəlcədən müəyyənləşdirilmiş meyarlara uyğun olan və Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər bölgələrdə dövlət vəsaiti ilə alınmış mənzillərlə təmin edilməsini məqsədəuyğun hesab edib», - deyə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, siyahı hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən, Silahlı Qüvvələrdə, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma və s. kimi meyarlardan istifadə etməklə hazırlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR