TQDK 11 şagirdi iyunun 24-də keçirilən buraxılış imtahanlarından xaric edib

TQDK 11 şagirdi iyunun 24-də keçirilən buraxılış imtahanlarından xaric edib
# 25 iyun 2012 12:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarında müxtəlif binalarda 11 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. TQDK sədri Məleykə Abbaszadə Qəbələ, Oğuz, Şəki və Balakən rayonlarında buraxılış imtahanlarının gedişini izləyib.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR