Bakıda I “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı sabah öz işinə başlayacaq

Bakıda I “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı sabah öz işinə başlayacaq
# 26 iyun 2012 11:55 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçiriləcək konqresdə 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirakı gözlənilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konqresdə “Böyük İpək Yolu”na həsr olunmuş film nümayiş olunacaq, panel müzakirələri aparılacaq (Gənclər siyasəti: təcrübə və əməkdaşlıq imkanları, Sivilizasiyalar və mədəniyyətlər arası dialoq: gənclər arasında tolerantlığın və qarşılıqlı anlaşmanın bir vasitəsi kimi, Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi), gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə qala-konsert keçiriləcək. Konqresin keçirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıyıcılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə verilməsidir. Eyni zamanda gənclərlə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə gənclərin fəaliyyətlərini dəstəkləmək məqsədilə yeni beynəlxalq gənclər platforması olan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi də konqresin əsas istiqamətlərindən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR