İyunun 24-də keçirilən buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəriciləri açıqlanıb

İyunun 24-də keçirilən buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəriciləri açıqlanıb
# 27 iyun 2012 08:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də keçirilən buraxılış imtahanında iştirak edən şagirdlərin qiymət göstəricilərini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanda iştirak edən 10288 şagirddən 857-si Ana dilindən, 545-i Riyaziyyatdan “2” qiymət alıb. Ana dilindən “5” qiymət alan şagirdlərin sayı 1255, Riyaziyyatdan isə 1541 nəfər olub. 5810 şagird Ana dilindən, 5670 şagird isə Riyaziyyatdan “3”, 2366 şagird Ana dilindən, 2532 şagird isə Riyaziyyatdan “4” qiymət alıb.
Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 14493 şagirddən 2293 nəfəri Ana dilindən, 1244 nəfəri isə Riyaziyyatdan “2” qiymət alıb. Ana dilindən 815, Riyaziyyatdan isə 847 şagird “5”-lə qiymətləndirilib. 9855 şagird Ana dilindən, 9394 şagird Riyaziyyatdan “3”, 1530 şagir Ana dilindən, 3008 şagird isə Riyaziyyatdan “4” alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR