Sumqayıtda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsi yaradılacaq

Sumqayıtda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsi yaradılacaq
# 27 iyun 2012 09:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sumqayıtda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsi yaradılacaq. Pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olması və orada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılması nəzərdə tutulur Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazovla keçirdiyi görüşdə bu məsələlər müzakirə olunub.

O. Hauzer yeni yaradılacaq müəssisənin region üçün əhəmiyyətli olacağını deyib. O, müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurrikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. O. Hauzer alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruri olduğunu deyib.

M. Mərdanov peşə təhsili müəssisəsinin məhz Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm verdiyini bildirib. Nazirin dediyinə görə, yaradılacaq müəssisə bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və onların fəaliyyətinin genişləndirilməsində böyük rol oynaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR