Magistraturanın ikinci mərhələsinə keçirilən qəbul imtahanlarının nəticələrinə dair apellyasiya komissiyaları fəaliyyətə başlayıb

Magistraturanın ikinci mərhələsinə keçirilən qəbul imtahanlarının nəticələrinə dair apellyasiya komissiyaları fəaliyyətə başlayıb
# 27 iyun 2012 10:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarının ikini mərhələsinə iyunun 24-də keçirilən qəbul imtahanında uğur qazanan namizədlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanda iştirak edən 8370 bakalavrdan 6517 nəfəri ikinici mərhələni keçib və ixtisaslaşma seçiminə buraxılıb.

E. Nağızadə deyib ki, bu gündən TQDK-da magistraturaya qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair müraciətləri cavablandırmaq üçün apellyasiya komissiyaları fəaliyyətə başlayıb. Apellyasiya komissiyaları iyunun 29-dək fəaliyyət göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR