Almaniya Bundestaqı beş azərbaycanlı tələbə üçün Beynəlxalq Təqaüd Proqramı elan edib

Almaniya Bundestaqı beş azərbaycanlı tələbə üçün Beynəlxalq Təqaüd Proqramı elan edib
# 27 iyun 2012 13:16 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Almaniya Bundestaqında beş azərbaycanlı tələbə üçün Beynəlxalq Təqaüd Proqramı elan edilib. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 28 ölkəni təmsil edən gənclərə Almaniyanın parlament sistemini nəzəri və praktiki cəhətdən öyrənmək imkanı verən bu proqramın növbəti tədbiri gələn il 1 mart - 31 iyul tarixlərində keçiriləcək. Alman dilini mükəmməl bilən, yarım il ərzində Bundestaqda təcrübə keçəcək və Berlin universitetlərinin birində təhsil alacaq namizədlərin yaş həddi təqaüd başlayan zaman 30 yaşa qədər olmalıdır. Proqramda iştirak üçün sənədlər iyunun 30-dək Almaniya səfirliyinə təqdim edilməlidir.

Malayziyanın Kuala Lumpur Universiteti isə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərindən olan tələbələr üçün 10 təqaüd (5 magistr, 5 aspirant) ayırıb.
Sözügedən təqaüdlər İƏT Baş Katibliyinin “Təhsil Mübadiləsi Proqramı”: Müsəlman aləmində elm vasitəsilə həmrəylik adı altında təqdim edilib. Məlumatda bildirilir ki, təqaüd proqramında iştirak etmək istəyən namizədlər barədə məlumatlar iyulun 31-dək İƏT Baş Katibliyi və Kuala Lumpur Universitetinin ünvanlarına birbaşa göndərilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR