AMEA sisteminə daxil olmayan elmi müəssisələrinin 2012-2013-cü il üzrə doktoranturaya qəbul planları artırılıb

AMEA sisteminə daxil olmayan elmi müəssisələrinin 2012-2013-cü il üzrə  doktoranturaya qəbul planları artırılıb
# 28 iyun 2012 08:17 (UTC +04:00)
AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyevanın APA-ya verdiyi məlumata görə, Akademiya sisteminə daxil olmayan elmi müəssisələr üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 250, elmlər doktoru proqramı üzrə 64, dissertanturaya isə 227 plan yeri təklif edilib.
S. Əfəndiyeva bildirib ki, ötən illə müqayisədə AMEA sisteminə daxil olmayan təşkilatların doktorantura və dissertanturaya qəbul planları artırılıb. Belə ki, ötən il həmin müəssisələr üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 189, elmlər doktoru proqramı üzrə 48, dissertanturaya isə 145 yer ayrılmışdı. AMEA sisteminə daxil olmayan elmi müəssiəslərin qəbul planları bu həftə ərzində Azərbaycan Nazirlər kabinetinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR