Azərbaycanda son illərdə quduzluq xəstəliyinə yoluxma halları artıb

Azərbaycanda son illərdə quduzluq xəstəliyinə yoluxma halları artıb
# 28 iyun 2012 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova bildirib. Onun sözlərinə görə, xəstəliyin artmasına səbəb dünyada baş verən iqlim dəyişikləri, təbiətdə vəhşi heyvanların populyasiyası və sairdir: “Baytarlıq xidməti Azərbaycanın bütün bölgələrində quduzluq xəstəliyinə qarşı profilaktiki tədbirlər həyata keçirir. Bu il ölkəmizdə 245 min sahibli it peyvənd olunub. Bizə problem yaradan yalnız vəhşi təbiətdə olan hadisələrdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR