Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatına gələn ildən başlanacaq

Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatına gələn ildən başlanacaq
# 28 iyun 2012 10:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda “Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı Milli Sisteminin Hazırlanmasına dəstək” layihəsi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova bildirib ki, Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatına gələn ildən başlanılması və 4 ilədək davam etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, layihə Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Polşa və İspaniya mütəxəssisləri tərəfindən həyata keçiriləcək: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindədir. Azərbaycanda heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatının aparılması təşkilatın ən vacib məsələlərindən biridir”.

S. Rüstəmova deyib ki, identifikasiya nəticəsində bütün iri və xırda buynuzlu heyvanların qulağına, atların isə bədənlərinə xüsusi nömrələr vurulacaq: “Bu nömrələrdə heyvanın doğulduğu tarix, yer, heyvanın keçirdiyi xəstəliklər, onlara vurulan peyvəndlər barədə məlumat bazası olacaq. Xidmət rəisinin sözlərinə görə, heyvanların identifikasiyası ilkin olaraq dövlət vəsaiti hesabına həyata keçiriləcək. Lakin sonralar doğulan heyvanların identifikasiyası isə fermerlərin öz vəsaitləri tərəfindən maliyyələşdiriləcək. S. Rüstəmova onu da deyib ki, hazırda birkaları daha sərfəli qiymətə hazırlayacaq firma seçilir. Hələlik bir birkanın məbləği isə təxminən 2-3 ABŞ dollarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR